ain.az bildirir, 525.az portalına istinadən.
Nigeriya ordusu terrorçulara qarşı xüsusi əməliyyat keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusunun İnformasiya məmuru Sani Uba bildirib.
O bildirib ki, Hadin Kai adlandırılan və Duguri bölgəsində keçirilən əməliyyat zamanı 60-dan çox terrorçu zərərsizləşdirilib.
Uba öldürülən terrorçular arasında “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISVAP üzvlərinin də olduğunu bildirib.
Xüsusi əməliyyat terrorçuların Borno əyalətinə martın 16-da təşkil etdikləri hücuma cavab olaraq həyata keçirilib.
Xatırladaq ki, terrorçuların bazar, xəstəxana və digər yerləri hədəf alan həmin hücumu zamanı 26 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.
İbrahim Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.