AZ

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Novruz şənliyi

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şuşa, 19 mart, AZƏRTAC

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə tədbir keçirilib. Bayram tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbin müəllim və şagirdləri, şəhər sakinləri, valideynlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, onlara cansağlığı və firavanlıq arzulayıb. Bildirib ki, uzun illər həsrətində olduğumuz bu torpaqlarda artıq Novruz tonqalları qalanır, uşaqların gülüşü eşidilir, baharın nəfəsi azad şəkildə dolaşır. Bu torpaqlarda Novruzu qeyd etmək sadəcə bayram keçirmək deyil, bu, bir xalqın qürurudur, zəfərinin sevincidir, yaddaşının, kimliyinin yenidən dirçəlişidir.

Bayram tədbiri şagirdlərin ifasında şən və rəngarəng proqramla davam edib. Novruzun personajları olan Keçəl və Kosanın çıxışları, təqdim olunan rəqslər, səhnəciklər və musiqi nömrələri bayrama xüsusi ab-hava qatıb.

Qeyd edək ki, Novruz bayramı Şuşa şəhərində silsilə tədbirlərlə qeyd olunur. Belə ki, bayram münasibətilə bu gün Novruz yarmarkası və konsert proqramı da keçiriləcək.

Müxbir – Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
50
azertag.az

10Mənbələr