AZ

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib (FOTO)

Bakı. Trend:

"Gəncə KOB evi"ndə dövlət və özəl qurumlar tərəfindənsahibkarlara 80-dən çox xidmət göstəriləcək.

Sayca beşinci KOB evi Gəncə şəhərində fəaliyyətə başlayıb.“Gəncə KOB evi”ndə 15 dövlət qurumu (İqtisadiyyat,Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiyavə Təbii Sərvətlər Fövqəladə Hallarnazirlikləri, Dövlət Vergi Xidməti, AzərbaycanRespublikasının Prezidenti yanında Antiinhisar və İstehlakBazarına Nəzarət Dövlət Agentliyi, Dövlət ReklamAgentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan YerüstüNəqliyyat Agentliyi, Dövlət Gömrük Komitəsi,“Azəriqaz” İB, “Azərişıq” ASC, Azərbaycan Dövlət SuEhtiyatları Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti)tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək. Sahibkarlarbiznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya,mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyatvasitələri üçün fərqlənmə nişanlarının alınması və digər icazələr,investisiya təşviqi sənədi, qida təhlükəsizliyi, baytarlıq və bitkimühafizəsi xidmətləri, ekoloji icazələr və təbii ehtiyatlardanistifadə, sosial müdafiə və məşğulluq məsələləri, kommunalxidmətlərə qoşulma və s. xidmətlər üçün “Gəncə KOB evi”nə müraciətedə bilərlər.

KOB evində həmçinin, sahibkarlara özəl təşkilatlar tərəfindənbank, sığorta, konsaltinq, lizinq, tərcümə və s. kimi “B2B”xidmətlər də göstəriləcək. Ümumilikdə “Gəncə KOB evi”ndə 33 xidmətpəncərəsində sahibkarlara “G2B” və “B2B” xidmətlər təqdim olunacaq.Gəncə şəhəri ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da“Gəncə KOB evi”nin xidmətlərindən istifadə edə bilərlər.

Sahibkarlara biznes ideyalarının reallaşması üçün məsləhət,təlim, biznes planın hazırlanması, şəbəkələşmə kimi xidmətlərgöstərəcək Gəncə KOB İnkişaf Mərkəzi və KOB dostu ofisi də bubinada fəaliyyət göstərəcək. “Gəncə KOB evi”ndə həmçinin,sahibkarlarla görüşlərin və tədbirlərin təşkili üçün konfrans zalı,iş otaqları və digər zəruri infrastruktur yaradılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçikvə Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətininsədri Orxan Məmmədov və regionda fəaliyyət göstərən sahibkarlar"Gəncə KOB evi"ndə sahibkarlar üçün yaradılmış şərait, dövlət vəözəl qurumlar tərəfindən göstərilən xidmət pəncərələri ilə tanışolublar.

Qeyd edək ki, “Gəncə KOB evi” Kəpəz rayonu, Zərifə Əliyevaprospekti 166 ünvanında yerləşir. KOB evi həftə içi 5 gün, saat09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərəcək.

Hazırda KOB evləri Gəncə şəhəri ilə yanaşı, Bakı, Xaçmaz(həmçinin Xudatda “Food City” Aqroparkında xidmət mərkəzi), Yevlaxvə Şuşa şəhərlərində fəaliyyət göstərir. Sahibkarlara xidmətlərinvahid məkanda göstərilməsi, dövlət xidmətlərinə sürətli və rahatçıxış, vaxta və əməliyyat xərclərinə qənaət KOB evlərinin başlıcaüstünlükləridir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlətqurumu tərəfindən 300-dən çox “G2B” və 13 özəl təşkilat tərəfindən160 “B2B” xidmət göstərilir. 2026-cı ilin 1 yanvar tarixinə KOBevlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,5milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıqvə İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrəTədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmətsahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvitəcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıraölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA iləəməkdaşlıq sənədləri imzalanıb.

“Gəncə
“Gəncə
“Gəncə
“Gəncə
“Gəncə
“Gəncə
Məqalədə:
Seçilən
90
9
az.trend.az

10Mənbələr