AZ

Növbəti köç karvanı Xanabad kəndinə çatıb

Martın 19-da doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Xanabad kəndinə çatıb.

 

Pravda.az xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə köçürülən 89 nəfərdən ibarət 19 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Fotoları təqdim edirik
Tarix: 19 Mart 2026, 14:15   
Seçilən
74
10
pravda.az

10Mənbələr