AZ

ABB aktivlərin idarə edilməsi üzrə törəmə şirkət yaradacaq

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Azərbaycan Beynəlxalq Bankı” ASC ( ABB) aktivlərin idarə edilməsi üzrə törəmə şirkət yaradacaq.

Bu barədə "APA-Economics" ABB-ə istinadən xəbər verir. Məlumata görə, mayın 7-də Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bu məsələ ümumi yığıncağın gündəliyinə daxil edilib. Yığıncağın gündəliyinə həmçinin, Bankın kənar auditor tərəfindən yoxlanılmış 2025-ci ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi, 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi, xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması və Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi məsələləri daxil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
95
3
apa.az

6Mənbələr