ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Azərbaycanlı məşqçi Nuri Şahinin yanına yollanmağa hazırlaşır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 1-ci Liqa təmsilçisi "Zaqatala"nı çalışdıran Rüstəm Məmmədov "Başakşehir"in düşərgəsinbdə təcrübə keçəcək.
Məmmədov millilərin oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilədən istifadə edərək yaxın günlərdə qardaş ölkəyə uçacaq.
"Zaqatala" bu gün 1-ci Liqanın 19-cu turu çərçivəsində "Cəbrayıl"ın qonağı olacaq. Hazırda 21 xalı olan bölgə təmsilçisi turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.