AZ

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO/VİDEO

Xocalının Xanabad kəndinə növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, bu mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 89 nəfərdən ibarət 12 ailə qayıdıb.
 

Xanabad kəndində sakinlərə yeni evlərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, onlarl təbrik edib, doğma torpaqlarda xoşbəxt və firavan həyat arzulayıb.


S.Qəhrəmanov bildirib ki, azad edilmiş ərazilərə mərhələli şəkildə köç prosesi uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, müasir infrastruktur yaradılır, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün hər cür şərait təmin olunur.














Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilən
67
10
bizim.media

10Mənbələr