AZ

Azərbaycanda dövlət qulluqçularının maaşları ilə bağlı subyektivlik erası bitir: Detallar

Azərbaycanda dövlət qulluqçularının əməkhaqqı sistemində köklü islahatlara start verilir. Belə ki, qanunvericiliyə edilən son dəyişikliklərlə dövlət qulluqçularına verilən mükafat və əlavələr artıq əməkhaqqının baza hissəsinə daxil ediləcək. Bu yeniliyin dövlət qulluğunda çalışanların sosial rifahına və sistemin şəffaflığına necə təsir edəcəyi ictimaiyyət tərəfindən maraqla qarşılanır.

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, ƏƏSMN yanında İctimai Şuranın üzvü Sahib Məmmədov bildirdi ki, əvvəlki qaydalara əsasən dövlət qulluqçularının vəzifə üzrə maaş tərkibi əməkhaqqı, ona edilən əlavələr və mükafatlardan ibarət idi. Həmin əlavələr isə staja, dövlət səlahiyyətinə və digər meyarlara görə bir neçə yerə bölünərək ödənilirdi.

Ekspert vurğuladı ki, indi isə dövlət qulluğu haqqında qanuna edilən dəyişikliyə əsasən vahid və sabit əməkhaqqı sistemi yaradılır:

"Bu o deməkdir ki, əvvəlki qanuna görə mükafat ola da bilərdi, olmaya da bilərdi, kiməsə düşürdü, kiməsə düşmürdü, amma indi bu proses tam sabitləşir".

Seçilən
89
1
publika.az

2Mənbələr