AZ

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

Türkiyənin “Qalatasaray” klubunun bu mövsüm UEFA Çempionlar Liqasından qazandığı məbləğ bəlli olub.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi ümumilikdə 53,5 milyon avro gəlir əldə edib.
 

Komanda ötən gecə turnirin 1/8 final mərhələsində İngiltərə nəhəngi “Liverpul”a 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.


Okan Burukun baş məşqçisi olduğu kollektiv 1/4 finala yüksələ bilmədiyi üçün əlavə 12,5 milyon avro mükafatı qazanmaq şansını əldən verib.

Bizim.Media

Seçilən
77
5
bizim.media

7Mənbələr