AZ

Suraxanı sakinlərinin nəzərinə!

Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 367 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətti və Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dan 16:30-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əmi Məmmədov, Aşağı qəsəbə küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
65
33
nocomment.az

10Mənbələr