AZ

"BakuBus" MMC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

"BakuBus" MMC qarşıdan gələn Novruz bayramı günlərində bölgələrə səfər edən sərnişinlərin sayında gözlənilən artımı nəzərə alaraq, 20–30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd olunan tarixlərdə Bakıdan Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Sınıq Körpü və Zaqatala istiqamətlərinə fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə əlavə reyslər təşkil ediləcək. Sərnişindaşıma xidmətləri sərnişin sıxlığını tənzimləmək məqsədilə daha intensiv qrafik əsasında həyata keçiriləcək.

Bayram günlərində sərnişin axınının çox olacağını nəzərə alaraq, bölgələrə səfər etməyi planlaşdıran vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.

"BakuBus" MMC bütün sərnişinləri və qonaqları Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə xoş, təhlükəsiz və rahat səyahətlər arzulayır.

Seçilən
63
2
far.az

10Mənbələr