AZ

ABŞ Zelenskiyə qarşı təzyiqini artırır

Ukrayna lideri Volodimir Zelenski üçün Ukraynadakı vəziyyət ABŞ, İsrail və İran arasındakı hərbi münaqişə səbəbindən kəskin şəkildə pisləşib.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Berliner Zeitung (BZ) qəzeti məlumat yayıb.

"ABŞ bir müddətdir ki, Zelenskiyə qarşı təzyiqi artırır, eyni zamanda Rusiyaya qarşı sanksiyaları yumşaldır və silah təchizatını şübhə altına alır",-məqalədə deyilir.

Qeyd olunur ki, Ukraynanın danışıqlarda mövqeyi xeyli zəifləyib. Həmçinin Kiyevin ağrılı güzəştlərə getməyə hazır olub-olmadığı da məlum deyil.Nəşrin məlumatına görə, Ukrayna hökuməti təslim olmaqdan imtina etdiyi müddətcə böhranın sülh yolu ilə həlli üçün danışıqlarda sürətli irəliləyiş ehtimalı azdır.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
82
missiya.az

1Mənbələr