AZ

Arakçı Makrona əsəbiləşdi: Kədərlidir!

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makron İsrail və ABŞ-ın başlatdığı müharibəni bir kəlmə də olsun pisləməyib.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.

“O, İsrailin Tehranda yanacaq anbarını partlatması və milyonlarla insanın zəhərli maddələrin təsirinə məruz qalmasını qınamayıb. Onun hazırkı “narahatlığı” İsrailin qaz obyektlərimizə hücumundan sonra deyil, bizim cavab tədbirlərimizdən sonra yaranıb. Kədərlidir!” - o bildirib.

Qeyd edək ki, Makron öz səhifəsində İran və Qətərdəki qaz hasilatı müəssisələrinə edilən zərbələrdən sonra Qətər əmiri və Prezident Trampla danışdığını yazıb: “Mülki infrastrukturu, xüsusən də enerji və su təchizatı müəssisələrini hədəf alan zərbələrə dərhal moratorium tətbiq etmək bizim ortaq marağımızdadır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
axar.az

1Mənbələr