AZ

“Mən Azərbaycan və Ermənistan arasında dialoqun geridönülməz olduğuna inanıram” – Boris Navasardyan “Tofiq Abbasovla dialoq” verilişində (VİDEO/FOTO)

Bakı. Trend:

"Baku Network" analitik platformasının efirində “Tofiq AbbasovlaDialoq” proqramının növbəti buraxılışı yayımlanıb. Bu dəfəkiburaxılış Bakı ilə İrəvan arasında erməni-azərbaycanlı dialoqunundinamikasına, ictimai təşəbbüslərin roluna və sülh gündəliyininperspektivlərinə həsr olunub.

Trend xəbər verirki, studiyanın qonağı Yerevan Mətbuat Klubunun rəhbəri BorisNavasardyan olub. Söhbət zamanı o, “Sülh körpüsü” təşəbbüsününinkişafı, ictimai dialoq formatının genişləndirilməsi, iqtisadiəməkdaşlıq perspektivləri, eləcə də erməni cəmiyyətində sülhprosesinin qavranılması məsələlərinə toxunub.

Navasardyanın sözlərinə görə, cari mərhələnin mühümxüsusiyyətlərindən biri təmasların mərhələli şəkildə inkişafetməsidir.

“Burada mənim üçün ən cəlbedici məqam odur ki, təşəbbüsaddım-addım inkişaf edir və demək olar ki, hər dəfə iştirakçılarbunun necə baş verdiyinə bir qədər təəccüblənirlər”, – deyə obildirib.

Formatın daha da genişləndirilməsindən danışan Yerevan MətbuatKlubunun rəhbəri vurğulayıb ki, geniş ictimaiyyətin iştirakıolmadan, hətta rəsmi səviyyədə ən ciddi təşəbbüslər belə uzana vəsiyasi konyunkturadan asılı vəziyyətə düşə bilər.

“Formatın yalnız beş nəfərlik qruplarla məhdudlaşmaması bizimüçün önəmli idi. Çünki aydındır ki, geniş ictimaiyyətin iştirakıolmadan, rəsmi səviyyədə nə qədər irəliləyiş xarakterli təşəbbüslərolsa da, proses həm uzana, həm də konyunkturanın təsirinə məruzqala bilər”, – deyə o qeyd edib.

B. Navasardyan hesab edir ki, Bakı və İrəvan bir neçə ay əvvəlbaşladığı kursdan dönməzsə, bu kursa heç nə əngəl ola bilməz.

Söhbətin sonunda Yerevan Mətbuat Klubunun rəhbəri dialoqungeridönülməzliyinə inandığını və sülh gündəliyinin xaricisarsıntılardan qorunmasının vacibliyini vurğulayıb.

Verilişin tam videoyazısını təqdim edirik:

“Mən
“Mən
“Mən
Seçilən
85
1
az.trend.az

2Mənbələr