AZ

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 650 milyon manatı ötüb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında xarici maliyyə mənbələrindənəsas kapitala 654,8 milyon manat məbləğində investisiyayatırılıb.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövründəkigöstərici ilə müqayisədə 10,1 faiz çoxdur.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların598,8 milyon manatı neft-qaz sektoru, 56 milyon manatı isəqeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilinyanvar-fevral aylarındakı göstəricilərlə müqayisədə xarici maliyyəmənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalınayönəldilmiş investisiyaların həcmi 54,4 faiz artıb, qeyri-neft-qazsektoru üzrə isə 73 faiz azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 2 milyard 436,4 milyon manat və ya2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 faizçox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmişinvestisiyaların həcmi 51,4 faiz, qeyri neft-qaz sektorunayönəldilmiş investisiyaların həcmi isə 5,1 faiz çox olub. Ümumisərmayənin 1,434 milyard manatı və ya 58,9 faizi məhsul istehsalısahələrinin, 794,7 milyon manatı (32,6 faizi) xidmət sahələrinin,207,7 milyon manatı (8,5 faizi) isə yaşayış evlərinin tikintisininpayına düşüb.

Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyridövlətsektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun53,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxilimənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumisərmayənin 73,1 faizini təşkil edib.

Məqalədə:
Seçilən
30
5
az.trend.az

6Mənbələr