AZ

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 650 milyon manatı ötüb

Bu ilin yanvar-fevral aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 654,8 milyon manat məbləğində investisiya yatırılıb.

Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,1 faiz çoxdur.

 

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 598,8 milyon manatı neft-qaz sektoru, 56 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilin yanvar-fevral aylarındakı göstəricilərlə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 54,4 faiz artıb, qeyri-neft-qaz sektoru üzrə isə 73 faiz azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 436,4 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 51,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,1 faiz çox olub. Ümumi sərmayənin 1,434 milyard manatı və ya 58,9 faizi məhsul istehsalı sahələrinin, 794,7 milyon manatı (32,6 faizi) xidmət sahələrinin, 207,7 milyon manatı (8,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 53,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 73,1 faizini təşkil edib.

Seçilən
22
5
day.az

6Mənbələr