AZ

Onlayn nəzir sistemi işə düşür? - RƏSMİ

Nazirlər Kabinetinin Qərarına əsasən, martın 20, 21-i Ramazan bayramı günləri kimi müəyyən edilib.

Day.Az Bizim.Media-ya istinadən xəbər verir ki, dini inanclı şəxslər üçün Ramazan bayramının əsas şərtlərindən biri də fitrə çıxarmaqdır. Bu səbəbdən bayram günündə məscidlərdə namaz qılındıqdan sonra nəzir qutularına ianələr edilir.

Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2022-ci il tarixli 1628 nömrəli Fərmanı ilə dəyişiklik edilmiş "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin ikinci hissəsində dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququna malikdirlər.

Həmin maddənin dördüncü hissəsində isə dini qurumların könüllü ianələr üçün müraciət etmək, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul etmək hüququ təsbit olunub.

Maraqlıdır ki, bir neçə il əvvəl tətbiqinə qərar verilən onlayn nəzir sistemi işə düşüb?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, qeyd olunan qanuna 2022-ci ildə edilmiş dəyişikliyə əsasən ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasının hazırlanması nəzərdə tutulub:

"Sözügedən normativ-hüquqi akt layihəsinin hazırlanması istiqamətində məsləhətləşmələr davam etdirilir. Qeyd edək ki, dini qurumlar ianələrin qəbul edilməsi və xərclənməsi ilə bağlı bütün prosedurları sərbəst şəkildə müəyyən etmək hüququna malikdirlər. Mütəmadi olaraq mövzu ətrafında aparılan ictimai müzakirələr bu sahədə hüquqi tənzimləmələrin həyata keçirilməsini aktuallaşdırır".

 
Seçilən
42
9
day.az

10Mənbələr