AZ

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,63 ABŞ dolları və ya 8,9 % artaraq 117,79 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 112,53 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 9,65 ABŞ dolları və ya 9,25 % artaraq 113,95 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
82
7
olke.az

10Mənbələr