AZ

Avropa Bankı Azərbaycanda cari layihələr portfelini və əməliyyat aktivlərini artırıb

Bu il fevralın 28-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 898 milyon avro qiymətləndirilir.

EBRD: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatındakı artım sürətlənəcək

FED.az biznes maliyyə xəbərləri portalı xəbər verir ki,  portfelin 40 %-i özəl sektorun payına düşür.

Yanvarın 31-i ilə müqayisədə portfel 0,3 % və yaxud 3 milyon avro azalıb.

Hazırda 36 layihə aktivdir.

EBRD-nin məlumatlarına görə, cari portfelin əsas hissəsi – 90 %-i (806 milyon avro) davamlı infrastrukturun inkişafına, 7 %-i (62 milyon avro) maliyyə institutlarına, daha 3 %-i (30 milyon avro) isə korporativ sektora yönləndirilib.

Ümumilikdə, EBRD indiyə qədər Azərbaycanda 202 layihəyə 3 milyard 629 milyon avro investisiya yatırıb.

Ötən ay Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri 1,3 % və yaxud 9 milyon avro artaraq 695 milyon avro təşkil edib.

2025-ci ildə EBRD Azərbaycanda 81 milyon avro məbləğində 10 layihəni maliyyələşdirib. (Report)

Seçilən
55
1
fed.az

2Mənbələr