AZ

20 yaşlı tələbə təhlükəli xəstəliyi soyuqdəymə zənn etdi, hər iki ayağını itirdi

20 yaşlı tələbə meningiti soyuqdəymə ilə səhv saldığı üçün hər iki ayağını itirib.

Publika.az "Mirror" qəzetinə istinadən xəbər verir ki, britaniyalı tələbə Ketia Moponda 2024-cü ilin sentyabr ayında Lesterdəki "De Montfort" Universitetində təhsil almağa başlayıb. Səkkiz gün sonra o, öskürməyə və həddindən artıq yuxululuq hiss etməyə başlayıb, lakin simptomları virus infeksiyası və ya soyuqdəymə ilə əlaqələndirib. Ertəsi gün o, yataqxanasında huşsuz vəziyyətdə tapılıb və daha sonra sepsislə ağırlaşan bakterial meningit diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Onun qanında oksigen səviyyəsi 1%-ə enib və o, komaya düşüb. İki həftə sonra ət yeyən infeksiya inkişaf edib və dəri transplantasiyası tələb olunub. Dekabr ayında toxuma nekrozu səbəbindən bütün barmaqları və hər iki ayağı amputasiya edilib.

O, beş ay xəstəxanada yatıb və fevral ayında evə buraxılıb.

İndi 20 yaşlı britaniyalı qadın protezlərdən istifadə edir və reabilitasiyadan keçir. O, artıq müstəqil şəkildə yeriyir və qaçışa qayıtmağı, həmçinin modellik xəyallarını gerçəkləşdirməyi planlaşdırır.

Seçilən
109
publika.az

1Mənbələr