Sumqayıtda 39 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospekti ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta