AZ

Maqneziumun dozadan artıq qəbulu hansı fəsadlara səbəb ola bilər?

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Maqnezium orqanizm üçün həyati əhəmiyyət kəsb edən mineraldır. O, əzələlərin, sinir sisteminin və sümüklərin funksiyasını dəstəkləyir. Lakin bu mineralın normadan artıq qəbulu xoşagəlməz və hətta təhlükəli fəsadlara yol aça bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "t-online" portalı mütəxəssislərin rəyinə istinadən məlumat yayıb.

Ekspertlər bildirirlər ki, maqneziumun artıq miqdarı ilk növbədə bağırsaqlara mənfi təsir göstərir. Belə ki, bu mineral osmotik təsirə malik olduğu üçün ishal, qarın nahiyəsində kramplar və bədəndə ciddi maye itkisinə səbəb olur.

Məqalədə qeyd olunub ki, qida əlavəsi şəklində qəbul edilən maqneziumun gündəlik dozası 250 milliqramı aşmamalıdır. Normadan artıq qəbul əzələ zəifliyi, arterial təzyiqin aşağı düşməsi və hətta ürək ritminin pozulması kimi sistemli problemlərə səbəb ola bilər.

Böyrək xəstəliyi olan şəxslər xüsusi risk qrupuna daxildir, çünki onların orqanizmi artıq maqneziumu xaric etməkdə çətinlik çəkir. Həkimlər vurğulayırlar ki, sağlam insanlar gündəlik qida rasionundan kifayət qədər maqnezium alırlar. Bu səbəbdən tibbi məsləhət olmadan əlavə preparatların qəbulu tövsiyə edilmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
oxu.az

1Mənbələr