AZ

Qətər XİN İranın Ras-Laffandakı sənaye mərkəzinə endirdiyi zərbələri pisləyib

Qətər İran Ras-Laffandakı sənaye obyektlərinə hücumunu qətiyyətlə pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Qətər Dövləti İranın yanğınlara və obyektə ciddi ziyan dəyməsinə səbəb olan, Ras-Laffan sənaye şəhərinə yönəlmiş açıq-aşkar hücumunu qətiyyətlə pisləyir və qınayır", - məlumatda bildirilib.

Qurumun məlumatına görə, Qətər bu hücumu təhlükəli eskalasiya, öz suverenliyinin kobud şəkildə pozulması və milli təhlükəsizliyinə, eləcə də regional sabitliyə birbaşa təhdid kimi qiymətləndirir.

Ərəb dövlətinin Xarici İşlər Nazirliyi bildirib ki, Qətər cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, bu gün Qətərin ən böyük sənaye mərkəzlərindən birinin, o cümlədən mayeləşdirilmiş təbii qaz istehsalı kompleksinin yerləşdiyi Ras-Laffan bölgəsində İranın hücumlarından sonra böyük yanğın baş verib.

Seçilən
71
1
ikisahil.az

2Mənbələr