AZ

ABŞ viza zəmanəti proqramını 50 ölkəyə genişləndirib

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ viza zəmanəti proqramını 50 ölkəyə genişləndirib.

Banco.az xəbər verir ki, ABŞ hökuməti viza müraciətlərində 5 min ilə 15 min dollar arasında təminat ödənişinin yatırılmasını məcburi edən ölkələrin sayını 50-yə çatdırıb.

ABŞ Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yayımlanan məlumata görə, daha əvvəl 38 ölkəni əhatə edən siyahıya əlavə olaraq daha 12 ölkə daxil edilib.

Siyahıya yeni daxil edilən ölkələr bunlardır: Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavrikiy, Monqolustan, Mozambik, Nikaraqua, Papua Yeni Qvineya, Seyşel adaları və Tunis.

Bu dəyişiklikdən sonra viza müraciətlərində 5 min ilə 15 min dollar arasında təminat tələb olunan ölkələrin sayı 50-yə yüksəlib.

Yeni əlavə edilən ölkələrlə birlikdə siyahının böyük hissəsini Afrika ölkələri təşkil edir, eyni zamanda Latın Amerikası və Asiya-Sakit okean bölgəsindən də bir çox ölkə bu tətbiqə daxil edilib.

Digər tərəfdən, ABŞ hökuməti 2025-ci ilin dekabr ayında viza güzəşti proqramına daxil olan 42 ölkədən gələn turistlərin sosial media keçmişinin yoxlanılmasını planlaşdırdığını da açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
banco.az

2Mənbələr