AZ

Cənubi Azərbaycanın bizə birləşməsi XAOS yaradar: İranda rejimə ALTERNATİV YOXDUR! - VİDEO

"Bəli, əziz dostlar, indi biraz eyforiyaya qapılıblar, deyirlər dağılsın İran, biz Cənubi Azərbaycan quraq filan. Gəlin analiz eləyək görək Cənubi Azərbaycan dediyimiz o hissədə yaşayan türklər, bizim soydaşlarımızın neçə faizi Cənubi Azərbaycan ideyasını qəbul eləyirlər? Neçə faizi? Onlar bütün İranı dövlətləri hesab eləyirlər və düz deyirlər, oturub Təbrizdə deyir ki, Hörmüz boğazı da mənimdir. Düzdür ya yox? Amma sən ona deyirsən ki, qardaş, Təbrizi çəpərlə. Deyir niyə qardaş, niyə? İraq-İran müharibəsinə baxın, bu bombalamalara baxın, ən çox ölən türklərdir. Ən çox döyüşən türklərdir. Hətta generalliteti olsun, siyasi rəhbərliyi olsun, hamısında türklər təmsil olunur."

Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində "Ağ Partiya" sədri Tural Abbaslı deyib. 

Verilişdən həmin hissəni təqdim edirik.

Seçilən
20
2
musavat.com

3Mənbələr