AZ

​"Fənərbaxça"lılara pis xəbər -

İstanbulun "Fənərbaxça" klubu daha bir oyunçusunun xidmətindən yararlana bilməyəcək. Komandanın ulduz futbolçusu Levent Mercan bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Metbuat.az xəbər verir ki, dünən gecə "Qaziantepspor"la qarşılaşmada zədələnən Levent Mercanın durumu bəlli olub. Aparılan müayinələrdən sonra Leventin sol ayağında yırtıq aşkarlanıb. Bu gündən futbolçunun müalicəsinə baslanılıb.

Qeyd edək ki, 26 yaşlı Levent Mercan "Fənərbaxça" ilə yanaşı, həm də futbol üzrə Türkiyə yığma komandasının üzvudür.

Seçilən
73
metbuat.az

1Mənbələr