AZ

Demçenko: “Nəticə qazanmaq üçün döyüşmək lazımdır” – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 25-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fasilədən əvvəlki 2 oyunda məqsədimiz 6 xal toplamaq idi. Buna nail olduq. Komandamı təbrik edirəm. Birinci hissədə qol epizodlarımız oldu, oyuna nəzarət edirdik. Bu, o deməkdir ki, artıq komandada nəsə var. İkinci hissənin sonlarında isə o qədər də yaxşı təsir bağışlamadıq. Rəqib uzun ötürmələrlə oynamağa başladı və bizdə problemlər üzə çıxdı. Oyun heç-heçə də bitə bilərdi. Komandam müdafiədə yaxşı oynadı. Rəqibi yüz faizli imkanlardan yararlanmağa qoymadılar. Bu gün iki tam fərqli hissə gördük. Birinci hissədə daha yaxşı idik. İkinci yarının ortalarından etibarən isə rəqib üstünlüyü ələ aldı. Bəzən bu cür oyunlar oynamalısan. Nəticə qazanmaq üçün döyüşmək lazımdır.

Futbolçulara 3-4 gün istirahət verəcəyik. Bundan sonra isə hazırlaşmaq üçün vaxtımız olacaq. Qarşıda bizi “Sabah” və “Neftçi” ilə çətin oyunlar gözləyir. Planımızda yoxlama oyunu keçirmək də var”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
36
11
arena.az

10Mənbələr