AZ

Döş xərçənginə qarşı yeni üsul

Alimlər xərçəng hüceyrələrini içəridən məhv etmək üçün qeyri-adi üsul tapıblar: genetikası dəyişdirilmiş bakteriyalar.

Azreform.info xəbər verir ki, Çinli tədqiqatçılar xərçəng hüceyrələri ilə mübarizədə ənənəvi dərmanların yaratdığı yan təsirləri azaltmaq üçün yeni metod hazırladıqlarını açıqlayıblar.

Təcrübə zamanı alimlər FK228 adlı dərmanı siçanlara müxtəlif üsullarla veriblər və maraqlı nəticələr əldə ediblər.

Məlum olub ki, dərman birbaşa tətbiq edilən siçanların bəzilərində zəhərlənmə baş verib, hətta ölüm halları qeydə alınıb. Lakin eyni dərman genetikası dəyişdirilmiş E. coli bakteriyası vasitəsilə verildikdə ölüm faizi xeyli azalıb.

Tədqiqatçılar hesab edir ki, bunun səbəbi bakteriyanın dərmanı birbaşa xərçəng hüceyrəsinin olduğu nahiyədə ifraz etməsidir. Bu isə dərmanın yan təsirlərini azaldır və təsirini artırır.

Beləliklə, alimlərin fikrincə, bu üsulla həm müalicənin effektivliyi yüksəlir, həm də xəstənin zəhərlənmə riski azalır.

Araşdırma zamanı həmçinin müəyyən edilib ki, dərmanın birbaşa inyeksiya yolu ilə verilməsi xərçəng hüceyrələrinə qarşı kifayət qədər təsirli olmayıb.

Bununla belə, tədqiqatçılar qeyd ediblər ki, bu metod hələ çox yenidir və insanlar üzərində sınaqdan keçirilməyib.

Həmidə İbrahimova

Seçilən
60
2
azreform.info

3Mənbələr