AZ

İran Hörmüz boğazında nəzarəti gücləndirir, qlobal enerji bazarında gərginlik artır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Trump Hörmüz boğazının açılması üçün beynəlxalq dəniz koalisiyası yaratmağa çalışsa da, bir sıra ölkələr İranla birbaşa danışıqlara üstünlük verib.

Bizimyol.info xəbər verir ki, analitiklərin fikringə, Tehran faktiki olaraq dünyanın ən vacib enerji keçid nöqtəsində “icazəyə əsaslanan keçid” sistemi formalaşdırır.

İran Hörmüz boğazının şimal sahilinə nəzarət edir. Qlobal neft və qaz tədarükünün təxminən 20 faizi bu dar su yolundan keçir. Son hücumlar və təhlükəsizlik riskləri səbəbindən sığorta haqları kəskin artıb, dəniz hərəkəti isə ciddi şəkildə azalıb. Müharibə başlayandan bəri təxminən 20 gəminin hücuma məruz qaldığı bildirilir.

Andreas Krieg qeyd edir ki, İran artıq boğazdan keçid şərtlərini müəyyən edən əsas tərəfə çevrilib və bu vəziyyət yaxın perspektivdə dəyişməyə bilər.

Bu arada neftin qiyməti 100 dolları keçib, qaz qiymətləri isə 40 faizdən çox artıb. ABŞ bölgədə hərbi təzyiqi artırsa da, ekspertlər hesab edir ki, Hörmüz boğazında yaranan böhran hərbi deyil, daha çox diplomatik və bazar etimadı ilə bağlıdır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
126
bizimyol.info

1Mənbələr