AZ

Politoloq Əli Orucov: Ukraynanın İsrail Amerika Birləşmiş Ştatları koalisiyasına istənilən köməyi onu İranın legitim hədəfi halına gətirir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, İranın Rusiyaya “Şahəd” pilotsuz uçuş aparatlarını təmin etməsi və bu silahların təkmilləşdirilməsinə dəstək verməsi düzgün deyil. O, əlavə edib ki, Ukrayna artıq digər ölkələrə hava hücumundan müdafiə sistemlərini gücləndirmək məqsədilə ekspert göndərib. Zelenski qeyd edib ki, Ukraynanın fəaliyyəti tamamilə müdafiə xarakteri daşıyır və ekspertlərin yardımı yalnız müdafiə məqsədinə yönəlib. Bundan əlavə, o İsrail Baş naziri Benyamin Netanyahu ilə dialoqa hazır olduğunu bildirib və vurğulayıb ki, “Onda mənə lazım olan var, məndə isə ona lazım olan var.” İsrailin Ukraynanın təcrübəsindən faydalanmaq istəyi varmı?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail-Amerika Birləşmiş Ştatlarının İrana hərbi müdaxiləsi beynəlxalq qınaqla üzləşərkən və başlanan müharibənin miqyasının genişlənməsindən narahatlıqlar artarkən Ukrayna prezidentinin aqressorlara kömək təklifi birtərəfli qarşılanmadı, əksəriyyət Zelenskini qınadı: “Maraqlısı odur ki, Ağ Ev rəhbəri D.Tramp Ukrayna prezidentinin bu təklifini ironik tərzdə qarşılayaraq, kömək üçün müraciət edəcəyim ən sonuncu şəxs olacağını dedi. Ukrayna hazırda Qərbin hərbi, maliyyə və siyasi dəstəyindən asılıdır. Bunlarsız Kiyev çoxdan Moskvaya təslim olmuşdu. Ukraynanın hərbi sənaye kompleksi demək olar məhv edilib. Özü öz hava məkanını Rusiyanın hücumlarından etibarlı qorumaqda çətinliklər çəkir. Belə olan halda Zelenskinin İsrailə və ABŞ İrandan qarşılıq verilən raket və dron hücumundan qoruması inandırıcı deyil. İsrail hava məkanının ən müasir müdafiə sistemləri ilə qoruyur. Ukraynada belə sistemlər yoxdur. Kiyev məncə daha çox İsrail və ABŞ qarşısında sadiqliyini nümayiş etdirmək məqsədi güdür. Zelenski zatən Rusiyaya dron tədarük etdiyinə görə Tehrandan qəzəblidir. Dəfələrlə də buna kəskin etirazını səsləndirib. İndi İran müharibəyə məruz qalıb Kiyev həmin fürsəti dəyərləndirmək istəyir. Amma İran da işğala və təcavüzə məruz qalıb. Beynəlxalq hüquq ona münasibətdə də pozulub. Yəni Ukrayna ilə İran hazırda eyni taleyi yaşayır və eyni statusdadır”.

Əli Orucov

Əli Orucov qeyd edib ki, Ukraynanın İsrail ABŞ koalisiyasına istənilən köməyi onu İranın legitim hədəfi halına gətir və Zelenskinin Qərbli müttəfiqlərinə belə bir situasiya arzuolunan deyil.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
icma.az

1Mənbələr