AZ

Bölgədəki bütün ABŞ bazaları və İsrail hərbi kontingenti məhv edilib - İran

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) “Əsl Vəd 4” əməliyyatının 62-ci dalğası ilə bağlı bəyanat yayıb.

Missiya.Az xəbər verir ki, bu barədə “Pars Today” qəzeti məlumat yayıb. 

Bəyanatda bildirilir ki, son saatlar ərzində həyata keçirilən əməliyyatlar çərçivəsində bölgədə yerləşən ABŞ hərbi bazalarına, eləcə də İsrailə məxsus hərbi mərkəzlərə və döyüş dəstək obyektlərinə zərbələr endirilib. Hücumların “Qədr”, “Heybərşəkan”, “İmad” və “Hac Qasim” tipli çoxbaşlıqlı raketlərlə həyata keçirildiyi qeyd olunur.

İİKK-nın açıqlamasına əsasən, əməliyyat “Ey Əli ibn Musa əl-Rza, salam olsun” şüarı altında və son günlərdə dəfn edilən şəxslərin xatirəsinə həsr olunaraq icra edilib.

Həmçinin bildirilib ki, əməliyyat zamanı İsrailin Əkka, Hayfa, Təl-Əviv və Beer-Şeva şəhərlərində yerləşən hədəflər vurulub. İddialara görə, hücumlar zamanı İsrail və ABŞ-yə məxsus hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb və zərbələr xəbərdarlıq siqnalları olmadan həyata keçirilib.

Bəyanatda əlavə olunub ki, ABŞ-nin bölgədəki Əli əl-Salem, Viktoriya, Əl-Xərc, Əl-Udeyd, Əl-Udeiri, Əz-Zəfra, Əl-Əzraq, Beşinci Donanma bazası və Arifcan kimi hərbi obyektləri də yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatları ilə vurulub.

Məlumat müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
112
50
missiya.az

10Mənbələr