AZ

Elnur Şuşada klip çəkdi - VİDEO

 
Müğənni Elnur Məmmədov bayram ərəfəsində pərəstişkarlarına verdiyi sözü yerinə yetirib.
 
Musavat.com bildirir ki, sənətçi bayram ab-havalı yeni klipini izləyicilərin ixtiyarına verib.
 
Xalq mahnısı "Nərgiz"ə yeni ekran həyatı verən ifaçı bunun üçün Şuşa şəhərində kamera qarşısına keçib.
 
Rəngarəng klipdə Novruz bayramı adət-ənənələri, milli geyimlər və bayram əhval-ruhiyyəsi xüsusi olaraq vurğulanır.
 
Bəzi kadrların Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyində (Milli Azərbaycan Tarix Muzeyi) çəkildiyi klipin rejissoru isə Nail Naiboğludur.  
 

 
Musavat.com
Seçilən
27
3
musavat.com

4Mənbələr