Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Sarıqamış hərəkatının 109-cu ildönümü münasibətilə rəsmi internet səhifəsində paylaşım edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Yağar Gülər paylaşımında müqəddəs dəyərləri uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini ehtiramla yad edib.
Yaşar Gülər bildirib ki, qəhrəman türk əsgərinin bənzərsiz vətən sevgisinin, çətinliklərə və yoxsulluğa dözümlülüyünün simvolu olan Sarıqamış hərəkatı türk xalqının milli-mənəvi dəyərlərini qorumaq üçün nələr edə biləcəyini açıq şəkildə göstərir.
Sarıqamışda əbədiyyətə gedən şəhidlərin vətən sevgisinin, birlik və həmrəyliyin,milli şüuru formalaşdıran dəyərlərin və şanlı keçmişlə möhkəm bağın ən mühüm rəmzləri olduğunu vurğulayan Yaşar GülərSarıqamış şəhidlərinın qələmə aldığı qəhrəmanlıq dastanının heç vaxt unudulmayacağını bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta