AZ

Dursun Özbekdən oyunçulara jest: "Liverpul"u keçsəniz...

“Qalatasaray” bu axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Liverpul”la qarşılaşacaq.

Apasport.az xəbər verir ki, klubun prezidenti Dursun Özbek komandanın növbəti mərhələyə vəsiqə qazanacağı halda futbolçulara 5 milyon avro bonus verəcəyini bildirib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Xatırladaq ki, klub prezidenti daha əvvəl Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus” üzərində qələbə münasibətilə komandaya 3 milyon avro bonus təqdim etmişdi.

Qeyd edək ki, “Liverpul” – “Qalatasaray” görüşü bu axşam Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Sara ilk dəfə Braziliya millisində! : Rəsmi heyət

“Atletiko”nun müdafiəçisi “Fənərbaxça”nın hədəfində

“Yuventus” Kanada millisinin üzvü ilə bağlı qərarını verib

“Çelsi”də ciddi itki - KAPİTAN SIRADAN ÇIXDI

Almaniyalı futbolçu Bundesliqada klubunu dəyişəcək - RƏSMİ

Seçilən
8
2
apasport.az

3Mənbələr