AZ

Kəşfiyyat naziri də öldürüldü?

İranın müxalifət mediası İranın kəşfiyyat naziri İsmayıl Xətibin sui-qəsd edilməsi barədə xəbərlər yayır.

Onun İsrailin gecə hücumu zamanı öldürüldüyü bildirilir.

Bu xəbər hələlik rəsmi olaraq təsdiqlənməyib.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin son hücumu nəticəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və oğlu Mortaz həlak olub. Bundan əlavə, İsrail tərəfi bir neçə yüksək rütbəli hərbçi və generalı məhv etdiyini iddia edir.

Xatırladaq ki, İran İsrail-Amerika hərbi kampaniyası nəticəsində ağır itkilər verməkdə davam edir: İranın keçmiş ali lideri Xameneinin, ailə üzvlərinin, eləcə də keçmiş müdafiə nazirinin və digər liderlərin ölümü barədə artıq məlumat var.

Seçilən
87
veteninfo.az

1Mənbələr