AZ

​“Qalib gəlmək şansımız yüksəkdir” -

Türkiyənin “Qalatasaray” klubu bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Avropa nəhəngi “Liverpul”la qarşılaşacaq.
Metbuat.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçla bağlı fikirlərini bölüşüb.Təcrübəli mütəxəssis rəqibin güclü olduğunu etiraf edib: “Hansı komanda ilə qarşılaşdığımızın fərqindəyik. “Liverpul”un çox keyfiyyətli futbolçuları var. Azarkeşlər əsl mübarizə izləyəcəklər”.

54 yaşlı mütəxəssis oyunçularına güvəndiyini deyib: “Həm Türkiyə çempionatında, həm də UEFA Çempionlar Liqasında uğurlu nəticələr göstərmişik. Biz böyük bir ailəyik. Bir-birimizi yaxşı başa düşür, bir-birimizə güvənirik. Bu gün meydana qələbə əzmi ilə çıxacağıq. Qalib gəlmək şansımız yüksəkdir. Yetirmələrim mübarizəyə hazırdırlar. Əgər məğlub olsaq, “bura qədər gəlmişik, bəsimzidir” deməyəcəyik. əksinə, çox məyus olacağıq”.

Seçilən
65
metbuat.az

1Mənbələr