Bakı. Trend:
İsrail ordusu Qəzza zolağında HƏMAS hərəkatının komandirlərindənbirini zərərsizləşdirib.
Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Hava zərbəsi nəticəsində hərəkatın maddi-texniki təchizat(logistika) bölməsində komandir olan Yəhya Əbu Ləbdanin öldürüldüyübildirilir.
IDF-in bildirdiyinə görə, Əbu Ləbda HƏMAS-ın hərbi qanadınınhərbi avadanlıqlar və silahlarla təchizatına, eləcə də nəqliyyatməsələlərinə cavabdeh idi.
“Əbu Ləbda HƏMAS-ın istehsal müəssisələrinə dəstək məqsədiləraket istehsalına lazım olan tonlarla xammalın və yüksəktexnologiyaları elektron komponentlərin daşınmasına rəhbərlikedib”, -deyə IDF-in məlumatında qeyd olunub.