AZ

İrandan xarici vətəndaşların təxliyəsi davam edir

Astara, 18 mart, AZƏRTAC

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 09:00-dan 12:00-dək 2 Hindistan, 1 Almaniya, 1 Kanada və 1 Pakistan vətəndaşı sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və digər zəruri prosedurlardan sonra təhlükəsiz şəkildə ölkə ərazisinə keçiblər.

Müxbir-İlkin Adıyev

Seçilən
33
5
azertag.az

10Mənbələr