AZ

Prezidentin ailəsini şantaj edən şəxsdən etiraf: “Ona mesaj göndərərək xahiş etdim ki...” - VİDEO

Xəbər verildiyi kimi, bu ilin əvvəlində xaricdə yaşayan blogerlər Mehman və Emin Hüseynov qardaşları, eyni zamanda Qabil Məmmədov prezidentin gəlini Alena Əliyeva barəsində müxtəlif platformalarda böhtan xarakterli məlumatlar yaymağa başladılar. Hətta Mehman Hüseynov canlı yayımların birində bir neçə saniyəlik şəkil fraqmenti nümayiş etdirdi.

Bu saxta video materiallar haradan alınıb? Bolgerlər videoları müəyyən adamlardan aldıqlarını deyirlər. Bəs bu adamlar kimdir?

Musavat.com xəbər verir ki, bu barədə İTV-nin yaydığı video materialda deyilib və bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti Prezidentin ailəsini şantaj edən şəxsi aşkarlayıb və saxlayıb.

Məlumatda deyilir ki, blogerlərin qarayaxma və böhtan kampaniyasına başlaması ilə eyni vaxtda Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış mobil nömrə ilə əlaqə saxlamağa çalışır. Xarici ölkədə olan bu şəxs həmin adamları guya Alena Əliyevaya məxsus olduğunu iddia etdiyi kadrlarla şantaj edir. Bu görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edir. Faktla əlaqədar DTX-də CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılır.

Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılır. O, istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edərək detalları danışır.

Qeyd edək ki, həmin şəxslə bağlı məhkəmə hökmü olmadığından onun kimliyi hələlik anonim saxlanılır.

“11 fevralda Mehman Hüseynovla əlaqə yaratmaq istədim və feysbuk səhifəsində ona mesaj göndərərək xahiş etdim ki, həmin videoları mənə göndərsin. Çox qısa zaman sonra Elman Əliyev və Zəki Səlimov həmin materialları mənə atdılar. Hətta, Elman Əliyev 2 video atmışdı. Baxandan sonra inanmadım ki bu doğru videolardır.

Bütün məlumatları əldə etdikdən sonra Mehriban, Arzu və Leyla Əliyevaların feysbuk səhifələrində mesaj yazdım ki, Alena xanımın şəxsi həyatından əldə etdiyim materiallar var. İşarə etdim ki, onlarla əlaqə saxlamaq istəyirəm. Heç bir reaksiya olmadığına görə fevralın 15-i Heydər Əliyev Fondunun saytında məktub yazıb öz e-mailimi və mobil nömrəmi qoydum. Bildirdim ki, mənimlə əlaqə saxlamasalar, bu məlumatları bütün dünyaya yayacağam”, - saxlanılan şəxs bildirib.

Musavat.com

Seçilən
60
16
musavat.com

10Mənbələr