AZ

Müşfiqabad hövzəsində kanalizasiya kollektorları vətullantı sutəmizləyici qurğu tikilir

Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində vəAbşeron yarımadasında su təchizatı, yağış və tullantı sularısistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illərüçün Dövlət Proqramı çərçivəsində Su Ehtiyatları Agentliyiiçməli və tullantı su sistemlərinin qurulması, yenilənməsiüzrə tikinti-quruculuq işlərini plan üzrə davam etdirir.

Far.Az xəbər verir ki, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su TəchizatıXidmətinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakışəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiyakollektorlarının və tullantı sularının təmizlənməsiqurğularının tikintisinə başlayıb. Layihə çərçivəsindəMüşfiqabad hövzəsində gündəlik məhsuldarlığı 75 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi həyatakeçirilir.

Layihəyə uyğun olaraq qurğunun bir sıra əsas və yardımçıhissələrinin tikintisi tamamlanıb, iri barmaqlığın qurşaqtirlərinin betonlama prosesi yekunlaşıb və hazırda son mərhələ olaraq qazıntı işləri aparılır. Kiçik barmaqlıqqurğusu üzrə qazıntı artıq başa çatdırılıb.

Havalandırma sistemli qum və yağ tutucuda döşəmənininşası tamamlanıb, divarların dəmir-betonla hörülməsidavam etdirilir.

Blover binasının bünövrəsi tökülüb, sütun və divarlarıntikintisi icra olunur. Mexaniki cihaz binası yüksək həcmdətullantı qazları orta təzyiqlə nəqletmə funkasiyasını daşıyır. Biosfor hovuzunun su bölüşdürücüsündə döşəmə betonununtikintisi başa çatıb.

Havalandırma hovuzunda qazıntı aparılır, eyni zamandasağlamlaşdırıcı lay üzrə qaya dolğusu vurulur. Lil susuzlaşdırma qurğusunda bünövrənin tökülməsi, emalatxana, inzibati, gözətçi binalarının betonlama prosesiyekunlaşıb. Tullantı sutəmizləyici qurğunun enerji təminatıüçün nəzərdə tutulan elektrik yarımstansiyası binasınıninşasına başlanılıb.

Sutəmizləyici qurğuda təmizlənən tullantı sularıultrabənövşəyi şüalardan keçərək sənaye məqsədləri üçünistifadəyə yararlı vəziyyətə gətirilərək müvafiq qaydadayönləndiriləcək.

Ümumi uzunluğu 18.9 kilometr olan Müşfiqabad hövzəsiüzrə gətirici kanalizasiya kollektorunun 15.2 kilometr hissəsimikrotunel tipli, 3.7 kilometr hissəsi isə kanalizasiyakollektorudur. Bundan əlavə inşa olunacaq 22 şaxtanın 6-da işlərə başlanılıb.

Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli vəAşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularınınidarə edilməsinə, həmçinin Ceyranbatan Su Anbarınınətrafında formalaşan qrunt sularının tənzimlənməsinə vəekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.

Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası iləqurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olmasıilə seçilir, əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinəşərait yaradır.

2025-ci ildə icrasına başlanılan layihənin 2028-ci ildətamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildəaparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlikqaydalarına ciddi əməl olunur.

Layihələr yeni infrastrukturun formalaşdırılmasına, mövcudşəbəkələrin təkmilləşdirilməsinə, onların ötürücülükqabiliyyətinin artırılmasına yönəlib. Bununla yanaşı, tullantısularının fasiləsiz daşınması təmin ediləcək, subasma riskləriazalacaq və sistemlərin istismar səviyyəsi daha da yüksələcək.

Görülən işlər tullantı sularının daha müasir və təhlükəsizşəkildə təmizlənməsinə, ekoloji mühitin qorunmasına, əhalinin kommunal xidmətlərə çıxışının yaxşılaşdırılmasınamühüm töhfə verəcək. Bu tipli layihələrin tam başaçatdırılması Bakı və Abşeron yarımadasında su vəkanalizasiya infrastrukturunun dayanıqlı, səmərəlifəaliyyətinin təminatına xidmət edir.

Seçilən
20
22
far.az

10Mənbələr