AZ

Tədbir davamlılığı ilə bağlı dövlət standartı təqdim edilib

Bu gün Bakıda “AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri” üzrə dövlət standartının təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, təqdimat mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov açılışıq nitqi ilə çıxış ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışı zamanı bildirib ki, AZS ISO 20121:2026 standartının tətbiqi Azərbaycanda dayanıqlı tədbir idarəetməsinin inkişafına və beynəlxalq təcrübələrin tətbiqinə imkan yaradır. O qeyd edib ki, müasir dövrdə dayanıqlılıq artıq zəruri şərtə çevrilib və bu prinsiplərə uyğun təşkil olunan tədbirlər karbon emissiyasını 42%, tullantıları 44%, kağız istifadəsini 90%-ə qədər, enerji istehlakını isə 60–70% azaldır. Sədr vurğulayıb ki, bu yanaşma şəhərsalma ilə sıx bağlıdır və standartın tətbiqi WUF13 kontekstində Azərbaycanın öhdəliklərini daha da gücləndirir.

Daha sonra çıxış eden, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib ki, WUF13 Azərbaycanın şəhər idarəçiliyi, innovativ infrastruktur və ekoloji dayanıqlılıq sahəsində təcrübəsini dünyaya təqdim etməklə yanaşı, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi üçün də imkan yaradır. Onun sözlərinə görə, tədbirin yüksək səviyyədə təşkili ilə yanaşı, ekoloji məsuliyyət, sosial inklüzivlik və iqtisadi səmərəlilik prinsiplərinin təmin olunmasında standartların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda vurğulanıb ki, standartlaşdırma inkişaf etmiş iqtisadiyyatın əsas tərkib hissəsidir və keyfiyyətli məhsul və xidmətlərin təmin olunması, rəqabət davamlılığının artırılması və dünya bazarına çıxış baxımından mühüm rol oynayır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov qeyd edib ki, Azərbaycan artıq tədbir təşkilatçılığı sahəsində təcrübə ixrac edən ölkələrdən birinə çevrilib. Onun sözlərinə görə, ISO 20121:2024 standartının tətbiqi tədbirlərin daha sistemli, dayanıqlı və beynəlxalq tələblərə uyğun təşkili üçün mühüm addımdır. Bu standart gələcək beynəlxalq tədbirlərə töhfə verəcək, yerli mütəxəssislər üçün vahid yanaşma formalaşdıracaq və yeni imkanlar yaradacaq.

İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri İnarə Mustafayeva bildirib ki, “AZS ISO 20121:2026” standartı yerli təchizatı təşviq edir, daxili bazarı gücləndirir və şirkətlərin xidmət keyfiyyətini artıraraq həm daxili, həm də beynəlxalq bazarda rəqabət qabiliyyətini yüksəldir.

Daha sonra Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə “Dayanıqlı şəhərsalma proseslərində standartların rolu” mövzusunda, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin koordinasiya üzrə baş inzibatçısı Əfqan Mehdiyev isə “AZS ISO 20121:2026 – Tədbir davamlılığının idarəetmə sistemləri” mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbir Tədbir Tədbir Tədbir Tədbir Tədbir Tədbir Tədbir Tədbir
Seçilən
82
3
apa.az

4Mənbələr