AZ

Qazaxda iki avtomobil toqquşdu - 5 yaralı

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Xəsarət alanlar 1992-ci il təvəllüdlü E.Daşdıyev, 1999-cu il təvəllüdlü S.Abdullayev, 1999-cu il təvəllüdlü Ə.Süleymanov, 1999-cu il təvəllüdlü F.Cəfərov və 1989-cu il təvəllüdlü M.Alıyevdir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır (APA).

Seçilən
34
7
redaktor.az

10Mənbələr