Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Qazax, 18 mart, AZƏRTAC
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan iki avtomobil toqquşub.Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Xəsarət alanlar 1992-ci il təvəllüdlü E.Daşdıyev, 1999-cu il təvəllüdlü S.Abdullayev, 1999-cu il təvəllüdlü Ə.Süleymanov, 1999-cu il təvəllüdlü F.Cəfərov və 1989-cu il təvəllüdlü M.Alıyevdir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.