AZ

ABŞ hərbi bazasında silahlı insident: ölən və yaralanan var

BAKI, 18 mart. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Nyu-Meksiko ştatındakı Holloman bazasında baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 17:30 radələrində baş verib. Yaralanan şəxsə tibbi yardım göstərilir. Hazırda hərbi obyekt ərazisində əlavə təhlükənin olmadığı bildirilir.

Hadisənin iştirakçıları və baş vermə səbəbləri barədə hələlik məlumat verilməyib.

Seçilən
77
teleqraf.com

1Mənbələr