Bakı, 18 mart, AZƏRTAC
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
23:18
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
AZƏRTAC xəbər verir ki, yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.