AZ

Binəqədidə mebel sexində baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-3

Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən tam söndürülüb.

APA xəbər verir ki bu barədə FHN məlumat yayıb.

***
0:33


Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəis müavini, polkovnik-leytenant Ruslan Pirəlizadə məlumat verib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.



***
22:11

Paytaxtın Binəqədi rayonu ərazisində mebel sexində yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

APA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, sahibkarlar mallarını yanğın baş verən ərazidən çıxarırlar.


***
21:05

Paytaxtın Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.



***
20:59

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə DYMX-nin
Seçilən
81
5
apa.az

10Mənbələr