AZ

Nikita Xaykin Çempionlar Liqası mövsümündə seyvlərin sayına görə rekord göstərib

Nikita Xaykin Çempionlar Liqasının tək mövsümündə ən çox seyv rekordunu qırıb.

İdman.Biz xəbər verir ki, “Bodo-Qlimt”in 30 yaşlı rusiyalı qapıçısı 12 turnir matçında 68 seyv edib.

“Bodo-Qlimt” 1/8 finalda “Sportinq”ə uduzaraq (3:0, 0:5) mübarizədən kənarlaşdırılıb.

Xaykin 2021/22 mövsümündə 59 seyv edən “Real Madrid”in qolkiperi Tibo Kurtuanı geridə qoyub.

Əfsanəvi Petr Çex 58 seyvlə üçüncü yerdədir.

İdman.Biz
Seçilən
80
1
idman.biz

3Mənbələr