Nikita Xaykin Çempionlar Liqasının bir mövsümündə ən çox seyv rekordunu qırıb.
Msport.az xəbər verir ki, “Bodo-Qlimt”in 30 yaşlı rusiyalı qapıçısı 12 turnir matçında 68 seyv edib.
“Bodo-Qlimt” 1/8 finalda “Sportinq”ə uduzaraq (3:0, 0:5) mübarizədən kənarlaşdırılıb. Xaykin 2021-22 mövsümündə 59 seyv edən “Real”ın qolkiperi Tibo Kurtuanı geridə qoyub. Əfsanəvi Petr Çex 58 seyvlə üçüncü yerdədir.
Bundan başqa, “Bodo-Qlimt” Çempionlar Liqası tarixində ardıcıl 6 oyunda start heyətini dəyişməz saxlayan ilk klub olub. Heyətdəki 11 oyunçudan 9-u norveçlidir.