AZ

ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ)fiziki şəxslərin pul köçürmələrinin həcmi 76,397 milyon ABŞ dollarıtəşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ildəki göstərici ilə müqayisədə 15,972 milyon ABŞ dollarıvə ya 26,4% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində ABŞ-nin payı 15,1% təşkil edib. Bununla da ABŞAzərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında Türkiyədənsonra ikinci pillədə qərarlaşıb.

Həmçinin 2025-ci ildə ABŞ-dən Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 100,718 milyon ABŞ dolları olub ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 35,7 milyon ABŞ dolları vəya 55% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəABŞ-nin payı 8,6% təşkil edib.

2024-cü ildə Azərbaycandan ABŞ-yə fiziki şəxslərin pulköçürmələrinin həcmi 60,425 milyon ABŞ dolları, əks istiqamətdə isə64,984 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Məqalədə:
Seçilən
78
3
az.trend.az

10Mənbələr