Paytaxtda yerləşən mağzaların birində soyğunçuluq törədilib - VİDEO
Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağzaların birində soyğunçuluq törədildiyi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Tərlan Abbasov və 28 yaşlı İsmayıl Dostəlizadə müəyyən edilərək saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.